Ana Sayfa > Karusel / Gündəm > Blinken: "ABŞ Rusiyanın Ukraynada müharibə cinayətləri törətməsini qiymətləndirir"
Blinken: "ABŞ Rusiyanın Ukraynada müharibə cinayətləri törətməsini qiymətləndirir"23-03-2022, 22:43. Yazar: Admin |
Bu gün mən hazırda olan informasiyaya əsaslanaraq bəyan edə bilirəm ki, ABŞ hökuməti Rusiya Silahlı Qüvvələrinin üzvlərinin Ukraynada müharibə cinayətləri törətməsini qiymətləndirir. Qarabaginfo.az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken bəyanatla çıxış edib.
"Bizim dəyərləndirməmiz ictimaiyyətdən və kəşfiyyat mənbələrindən əldə edilən informasiyanın diqqətlə nəzərdən keçirilməsinə əsaslanır”, - Blinken bildirib. Blinken əlavə edib ki, ABŞ hökuməti müharibə cinayətləri barədə məlumatları izləməyə davam edəcək və müttəfiqlər, tərəfdaşlar, beynəlxalq institutlar və təşkilarlarla birlikdə topladığı müvafiq məlumatları paylaşacaq: “Biz cinayət təqibləri də daxil olmaqla, mövcud hər bir vasitədən istifadə edərək, (törədilən müharibə cinayətlərinə1 görə - red) cavabdehlik əldə etməyə sadiqik”. Geri dön |