Tarix: 23-03-2022 | Saat: 07:06
Bölmə:Karusel / Region | çapa göndər
Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov CNN telekanalına müsahibəsində bildirib.
“Xüsusi əməliyyat ciddi şəkildə əvvəlcədən müəyyən edilmiş plan və tapşırıqlara uyğun olaraq davam edir. Heç kim müharibənin bu qədər çəkəcəyini düşünmürdü. Bu məqsədləri olan ciddi əməliyyatdır”,-deyə Peskov bildirib.
Eyni zamanda, Peskov bildirib ki, hazırda əməliyyatın məqsədlərinə hələ nail olunmayıb.
Dimitri Peskov həmçinin bildirib ki, Rusiya hərbçilərinin Mariupoldakı hərəkətlərinin əsas məqsədi şəhəri silahlılardan təmizləməkdir.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Ukraynadan olan qaçqınlar üçün Rusiyada əmək düşərgələrinin olması ilə bağlı Qərb mediasının yaydığı məlumatları saxta adlandırıb.
“Biz təkcə hərbi əməliyyat şəraitində deyil, həm də amansız informasiya, saxtakarlıq müharibəsi ilə üz-üzəyik", - deyə Peskov vurğulayıb.
Peskovun sözlərinə görə, Rusiya Ukraynanın heç vaxt Donbasa hücum edəcəyini düşünməyib və həmçinin Normandiya formatında irəliləyiş əldə olunacağına ümid edirdi.
Digər xəbərlər