Tarix: 04-09-2024 | Saat: 12:44
Bölmə:Karusel / Dünya | çapa göndər
Moskva Ukraynanın Amerikanın uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirəcəyini nəzərə alır.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Elə indi də Rusiya ərazisi davamlı olaraq Amerika istehsalı olan silahlarla hücuma məruz qalır”, - deyə Kreml rəsmisi vurğulayıb.
Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur və NATO ölkələrini münaqişəyə birbaşa cəlb edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Onun sözlərinə görə, ABŞ və NATO münaqişədə bilavasitə iştirak edir, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə məşğuldur.
Kreml bəyan edib ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq danışıqlara kömək etmir və mənfi təsir göstərəcək.
Digər xəbərlər