Saytımızı qiymətləndirin


 
 

Şoyqu generalı Ordu komandiri vəzifəsindən qovdu
Tarix: 22-03-2022 | Saat: 19:47
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyanın müdafiə naziri Sergey Şoyqu 6-cı Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Vladislav Yerşovu şəxsi heyətin kütləvi itkisində ittiham edərək, onu vəzifəsindən uzaqlaşdırıb. 

Bu barədə “Ukrayna 24” telekanalı jurnalist Roman Tsımbalyuka istinadən məlumat yayıb.

“İlkin məlumatlara görə, 6-cı Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyətinin itkisi 2000 nəfərdən çoxdur, onlardan 180-ə yaxını çağırışçılardır”, - Tsymbalyuk Facebook səhifəsində yazıb. 

Onun sözlərinə görə, hazırda general Yerşov ev dustaqlığındadır, onun barəsində araşdırma aparılır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ukraynalı müdafiəçilər müharibə zamanı rus işğalçılarının təxminən 3800 texnikasını məhv ediblər.
“Rusiya artıq 15300 hərbçini itirib”,-məlumatda deyilir. 

Öz növbəsində Rusiyanın “Komsomolskaya Pravda” nəşri Ukraynada hərbi əməliyyatlar nəticəsində 9861 nəfərin həlak olduğunu, daha 16153 nəfərin yaralandığını yazıb. Jurnalistlər Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatlarına istinad ediblər.(modern.az)



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər