Ana Sayfa > Karusel / Region > Şoyqu generalı Ordu komandiri vəzifəsindən qovdu
Şoyqu generalı Ordu komandiri vəzifəsindən qovdu22-03-2022, 19:47. Yazar: Admin |
Rusiyanın müdafiə naziri Sergey Şoyqu 6-cı Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Vladislav Yerşovu şəxsi heyətin kütləvi itkisində ittiham edərək, onu vəzifəsindən uzaqlaşdırıb. Bu barədə “Ukrayna 24” telekanalı jurnalist Roman Tsımbalyuka istinadən məlumat yayıb. “İlkin məlumatlara görə, 6-cı Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyətinin itkisi 2000 nəfərdən çoxdur, onlardan 180-ə yaxını çağırışçılardır”, - Tsymbalyuk Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, hazırda general Yerşov ev dustaqlığındadır, onun barəsində araşdırma aparılır. Öz növbəsində Rusiyanın “Komsomolskaya Pravda” nəşri Ukraynada hərbi əməliyyatlar nəticəsində 9861 nəfərin həlak olduğunu, daha 16153 nəfərin yaralandığını yazıb. Jurnalistlər Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatlarına istinad ediblər.(modern.az) Geri dön |