Saytımızı qiymətləndirin


 
 

Ermənilər bu kəndlərdən qaçıb: Kəndlər boşdur 
Tarix: 22-03-2022 | Saat: 14:59
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənilər bu kəndlərdən qaçıb: Kəndlər boşdur   

Ermənilər Rusiya sülhməramlılarının nəzarətindən olan kəndləri tərk edir. Alp.az erməni Telegram kanallarına istinadən xəbər verir ki, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi tamamilə boşdur. Bu barədə erməni mediasına kənddə məskunlaşan Suren Babayan məlumat verib.

“Artıq bir aya yaxındır ki, yaşadığımız kənddə nə işıq, nə də qaz var. Sosial problemlər yetərincədir. Kənddə cəmi 30 ailə yaşayırdı. Onlar da kəndi sosial problemlər üzündən tərk etdilər. Sonuncu sakin mənəm. Məndə yaxın günlərdə kəndi tərk edəcəm. Araik Aruthunyan və komandası 1 ilə yaxındır ki, bizi aldatmaqla məşğuldur. Bu çətin şəraitdə heç kim bu kənddə yaşaya bilməz.” -deyə Babayan bildirib.

“Artıq kəndi hər kəs tərk edir. Bu kəndlə yanaşı qonşuluqdakı kəndin sakinləri də öz evlərini tərk edir. Çünki sosial problemlər yetərincədir. Artıq 3 aydır ki, müəllimlər əməhaqqı almır. Bir sözlə özləri üçün var dövlət yığan Araik Arutunhunyan və əlaltıları bu əraziləri yaddan çıxardıb.”, – deyə qəsəbənin müəllimi Helen Kavasyan bildirib



Xəbəri paylaş

1469 dəfə oxunub.

Digər xəbərlər