Bu gündən etibarən Rusiyadan Azərbaycana və əks istiqamətdə birbaşa aviareyslərin sayı artırılıb. Daha bir aviaşirkət Moskva-Bakı-Moskva reysləri üzrə uçuşlara başlayıb. Buna baxmayaraq, biletlərin qiymətlərində ciddi ucuzlaşma baş verməyib. Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, müharibə, uçuşlara qoyulan məhdudiyyətlər və bayramla bağlı səfər edənlərin sayının çoxluğu 1 ay əvvəllə müqayisədə bilet qiymətlərinin 4 dəfə bahalaşmasına səbəb olub. Əvvəllər 250-350 manat arasında dəyişən bilet qiymətləri indi bir tərəf üçün 1000 manatı keçib. Bununla belə, bilet tapmaq da müşkülə çevrilib
Ekspert deyir ki, sərnişinlər birbaşa uçuşlarla yanaşı, Bakıya gəlmək üçün 3 alternativ yoldan da istifadə edə bilərlər. Türkiyədən tranzit keçməklə Azərbaycana gəlmək baha olsa da, Dubay üzərindən nisbətən ucuz başa gəlir.
Bununla belə, Qazaxstan üzərindən, Almatıdan tranzit keçməklə də Rusiyaya getmək və ya Bakıya gəlmək mümkündür. Bu istiqamət üzrə isə qiymətlər 1000 manat ətrafında dəyişir.