Saytımızı qiymətləndirin


 
 

Ukraynalı riyaziyyatçı müharibəyə görə Rusiyada intihar etdi
Tarix: 21-03-2022 | Saat: 18:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukraynalı riyaziyyatçı müharibəyə görə Rusiyada intihar etdi

Ukraynalı riyaziyyatçı Konstantin Olmezov Rusiya Federasiyasının Ukraynaya göndərilməsi ilə əlaqədar ölkəni tərk etmək istəyərkən saxlanıldığı üçün Rusiyada intihar edib.

 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Dmitri Zaxvatov “Telegram”da yazıb.

Onun sözlərinə görə, ukraynalıya qarşı inzibati protokol hazırlanıb, buna əsəsən Olmezova 15 sutka həbs verilib.

Azadlığa çıxdıqdan sonra Avstriyadakı universitetlərdən birində təhsilini davam etdirmək üçün dəvət alıb. Rusiyadan uçmaq üçün riyaziyyatçı Türkiyəyə bilet alıb.

“Biz razılaşdıq ki, hava limanına müşayiət mənasızdır, o, təkbaşına sərhəd nəzarətindən keçməyə çalışacaq, problem olarsa, mən ora gedəcəm. Qərara aldıq ki, əlaqə saxlayaq. Elə indicə belə bir xəbər aldım ki, o, baş verənlərin dəhşətinə dözə bilmədiyi üçün intihar məktubu yazaraq səhər canına qəsd edib”, - deyə Zaxvatov paylaşıb.



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər