Tarix: 25-10-2021 | Saat: 09:20
Bölmə:Karusel / Dünya | çapa göndər
İtaliya hökuməti Kalabriya bölgəsi və Siciliya adasında gözlənilən qasırğa ilə əlaqədar bir sıra əyalətlərdə təhsil müəssisələrinin, parkların, qəbiristanlıqlara girişin və peyvənd mərkəzlərinin bağlanması barədə göstəriş verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İtaliyanın Mülki Mühafizə Departamenti məlumat yayıb.
“Qarşıdakı 2 gün Siciliyanın şərqində və Kalabriyanın bir sıra bölgələrində hava təhlükəsinin qırmızı səviyyəsi müşahidə olunur”, məlumatda bildirilib.
“La Stampa” nəşrinə görə, Siciliyada güclü külək ağacları gövdəsindən qıraraq aşırıb. Kataniya əyalətinin Skordiya yaşayış massivində su axınları bir neçə avtomobili aparıb.
Magistral yollarda, xüsusən də Palermodan Kataniyaya qədər olan hissədə avtomobillərin hərəkətində çətinlik yaranıb.
Digər xəbərlər