Saytımızı qiymətləndirin


 
 

Putin Zelenskini öldürmək üçün "Vaqner"i göndərdi - UMK
Tarix: 21-03-2022 | Saat: 01:09
Bölmə:Karusel / Region | çapa göndər

Putin Zelenskini öldürmək üçün “Vaqner”i göndərdi – UMK 

Ukraynaya muzdlu quldurlar gətirilib. Məqsəd ölkənin siyasi elitasıdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib. İdarənin məlumatına görə, martın 20-də Putinə yaxın rus təbliğatçısı, FVK “Liqa”sının (Vaqner) sahibi Yevgeni Priqojinlə əlaqəli silahlıların növbətçi qrupları Ukraynaya gəlməyə başlayıb.

“Putin növbəti hücumların həyata keçirilməsi əmrini bir neçə etibarlı adamdan birinə şəxsən verib. Əvvəlki bütün cəhdlər (kadırovçular) uğursuzluqla və terrorçuların məhvi ilə başa çatıb”, – UMK qeyd edib.

Muzdluların hədəfi Ukrayna Prezidenti Volodimir Zelenski, Prezident Aparatının rəhbəri Andrey Yermak və baş nazir Denis Şmıqaldır.(konkret.az)



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər