Saytımızı qiymətləndirin


 
 

İqtisadiyyat Nazirliyi ixracatçılara müraciət edib.
Tarix: 19-03-2022 | Saat: 19:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

İqtisadiyyat Nazirliyi ixracatçılara müraciət edib

İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində yaranmış problemlərlə əlaqədar Nazirlər Kabinetinin Qərarı ilə bəzi məhsulların ixrac olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən rəy verilməsi müəyyən edilib.

Qarabaginfo.az xəbər verir ki,"APA-Economics", bununla əlaqədar olaraq Nazirlik ixracatçılara müraciət ünvanlayıb. Qurumdan bildirilib ki, həmin malların ixracı ilə məşğul olan sahibkarlar nazirliyiə poçt vasitəsilə və ya elektron qaydada (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) müraciət edə bilərlər. Daxil olan müraciətlərə 5 iş günü müddətində baxılaraq müvafiq cavab veriləcək.

 

Prosesin fasiləsizliyinin təmin edilməsi üçün Nazirliyin müvafiq strukturları bayram günlərində də adi iş rejimində fəaliyyət göstərir.



Xəbəri paylaş

1295 dəfə oxunub.

Digər xəbərlər