Medvedçuka qiyabi həbs cəzası verildi
Tarix: 19-03-2022 | Saat: 00:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
1363 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-03-2022 | Saat: 00:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Lvovun Lıçakovski rayon məhkəməsi “Müxalifət Platforması - Həyat Naminə” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçuku qiyabi həbs edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosunun feysbuk səhifəsində məlumat yayılıb. Ötən ilin may ayından Medvedçuk dövlətə xəyanət ittihamı ilə ev dustaqlığındadır. 2022-ci il fevralın 27-də Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko siyasətçinin qaçdığını elan edib.
Medvedçukun vəkili Larisa Çeredniçenkonun sözlərinə görə, Medvedçuk hədələnib və “həyatı üçün real təhlükə, eləcə də onun müdafiəsini təmin etmək zərurəti” səbəbindən siyasətçi Kiyevdə təhlükəsiz yerə təxliyə olunub və orada məhkəmənin onunla bağlı qərar verdiyi prosessual vəzifələri yerinə yetirməkdə davam edir.
Qeyd edək ki, Ukraynada Medvedçuka qarşı dövlətə xəyanət və müharibə qanunlarını pozma maddələri ilə cinayət işi açılıb.
Xəbəri paylaş
Digər xəbərlər
8-10-2025, 11:02
KİV: Rusiya-Ukrayna müharibəsinə 25 min kubalı qoşula bilər
30-11-2025, 20:56
ABŞ-da Trampın iqamətgahına yaxınlaşan mülki təyyarəyə görə F-16 qırıcısı havaya qalxıb
10-06-2021, 10:13
Kəlbəcərin Çəpli kəndi- VİDEO
20-08-2020, 12:28
Azərbaycan əhalisinin sayı açıqlanıb
20-04-2026, 15:22
Yaponiyada güclü zəlzələ oldu
28-04-2022, 04:18
Duma ABŞ-ın Rusiyanı terrorizmi dəstəkləyən ölkə olması fikrinə münasibət bildirib
22-05-2022, 17:10
Füzulidə ikimərtəbəli obyektdə yanğın olub
17-02-2026, 13:00
Kələm uzunömürlülüyün gizli açarıdır– həkimdən maraqlı açıqlama
24-06-2025, 08:43
Tramp İran-İsrail arasında atəşkəsin daimi olacağına inanır















