Saytımızı qiymətləndirin


 
 

Enrike Mora: "Azərbaycan Avropa İttifaqı üçün çox vacib tərəfdaşdır"
Tarix: 17-03-2022 | Saat: 19:45
Bölmə:Karusel / Siyasət | çapa göndər

EU Envoy To Visit Iran, Raise 'Urgency' To Resume Nuclear Talks

"Azərbaycan Avropa İttifaqı üçün çox vacib tərəfdaşdır".

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.

Baş katibin müavini Enrike Mora ölkəmizlə qurum arasında güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, bu münasibətlərin çox geniş gündəliyə malik olduğunu, iqtisadiyyat, texnologiyalar və innovasiyalar, ticarət, enerji və digər sahələri əhatə etdiyini söyləyib.

Avropa İttifaqının regionun sabit, təhlükəsiz inkişafında maraqlı olduğu, Aİ-nin bu istiqamətdə bütün addımları dəstəkləməyə, regional əməkdaşlıq səylərində iştirak etməyə hazır olduğu qeyd edilib.

E.Mora, həmçinin Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında Aİ-nin önəmli tərəfdaşı olduğunu, Azərbaycanın regional təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyini bildirib. O, Aİ-nin ölkəmizlə bağlantılar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb.

Baş katibinin müavini Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər