Tarix: 15-03-2022 | Saat: 12:42
Bölmə:Karusel / Region | çapa göndər
Vəkillər "Bervs Kanal"ın ("Birinci Kanal") redaktoru Marina Ovsyannikovanı tapa bilmirlər.
Qarabaginfo.az "Teheins"ə istinadla xəbər verir jki, Rusiya dövlət televiziyasında müharibə əleyhinə posterlə efirə çıxandan sonra o, yoxa çıxıb. Marina Ovsyannikova "Müharibəni dayandır, səni burada aldadırlar" pankartı ilə canlı yayıma girdikdən sonra 12 saatdan çoxdur ki, taplmır.
Bu barədə hüquqşünaslar Daniil Berman və Anri Siskarişvili "Meduza" nəşrinə və "We Can Explain" Telegram kanalına məlumat veriblər. Vəkil Dmitri Zaxvatov da itmə faktını təsdiqləyib. Əvvəlcə vəkillər onun "Ostankino" polis şöbəsində və ya televiziya kompleksinin ərazisindəki polis şöbəsində olduğunu güman ediblər, lakin onu orada tapa bilməyiblər.
Xatırladaq, Marina Ovsyannikovanın iki övladı var.
Vəkil Dmitri Zaxvatov “İnsider”ə bildirib: “Onu tapmaq üçün çox çalışırıq. 48 saat ərzində ittiham irəli sürülmədən şəxs həbsdə saxlanıla bilər, bu müddət ərzində inzibati xətadırsa, məhkəmə qərarı ilə, cinayət işi açılıbsa, qətimkan tədbiri seçilməlidir. Qanuna görə, Ovsyannikovanın övladları olduğu üçün onu kobud desək, 12 sutka həbs etmək mümkün deyil. Amma qanun artıq işləmir”.
Marina Ovsyannikova fevralın 14-də axşam “Vremya” verilişinin efirində etiraz aksiyası keçirib. O, teleaparıcı Yekaterina Andreevanın arxasında dayanıb və “Müharibəni dayandırın, təbliğata inanmayın, burada sizə yalan danışırlar” sözləri yazılmış müharibə əleyhinə plakat açıb.
Ehtimallara görə, "Pervı Kanal"ın əməkdaşına qarşı Rusiya silahlı qüvvələrini nüfuzdan saldığı üçün İnzibati Xətalar Məcəlləsinin hərbi senzura ilə bağlı 20.3.3-cü maddəsi ilə protokol tərtib edilib.
Eyni zamanda, “Baza” nəşri iddia edir ki, Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən, cinayət əməlinin törədilməsinə dair yoxlama aparılır.
Marina Ovsyannikova da hərəkətinin motivləri haqqında danışdığı bir video mesaj yazıb.
Mesajda qeyd olunur:
"Hazırda Ukraynada baş verənlər cinayətdir və Rusiya təcavüzkar ölkədir və bu təcavüzə görə məsuliyyət yalnız bir şəxsin vicdanındadır və həmin şəxs Vladimir Putindir. Atam ukraynalıdır, anam rusdur və onlar heç vaxt düşmən olmayıblar. Boynuma taxılan bu boyunbağı isə Rusiyanın qardaş qırğınını dərhal dayandırmalı olduğunun və qardaş xalqlarımızın hələ də barışa biləcəyinin simvoludur.
Təəssüf ki, mən son illər "Pervı Kanal"da işləyirəm, Kreml təbliğatı aparıram və indi bundan çox utanıram. Televiziya ekranlarından yalan danışmağa icazə verildiyi üçün utanıram, rus xalqını zombiləşdirməyə icazə verildiyi üçün utanıram.
Biz 2014-cü ildə, bütün bunlar yeni başlayanda, Kreml Navalnı zəhərləyəndə mitinqlərə getmədik. Sadəcə səssizcə bu anti-insani rejimi seyr edirdik və indi bütün dünya bizdən üz çevirib. Və nəslimizin daha on nəsli bu qardaş qırğınının rüsvayçılığından yuyulmayacaq. Biz rus xalqıyıq, düşünən və ağıllıyıq, bütün bu çılğınlığı dayandırmaq yalnız bizim gücümüzdədir. Mitinqlərə çıxın, heç nədən qorxmayın, hamımızı həbs edə bilməzlər".(Yenisabah.az)
Digər xəbərlər