Tarix: 14-03-2022 | Saat: 15:29
Bölmə:Karusel / Təhsil | çapa göndər
Altı günlük rejimlə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş (dərs) günü martın 19-da olacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib və həmin günlər iş günləri hesab edilmir: "Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar, 25 mart da iş günü hesab olunmayacaq. 5 günlük rejimlə işləyən təhsil müəssisələrində Novruz bayramından əvvəl son iş (dərs) günü martın 18-i, bayramdan sonrakı ilk iş (dərs) günü martın 28-i, 6 günlük rejimlə işləyən təhsil müəssisələrində isə bayramdan əvvəl son iş (dərs) günü martın 19-u, bayramdan sonrakı ilk iş (dərs) günü martın 26-sıdır".
Digər xəbərlər