Saytımızı qiymətləndirin


 
 

KİV: Mbappe "Real Madrid"lə müqavilə imzalayıb
Tarix: 13-03-2022 | Saat: 15:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

بالأرقام: مبابي ملك المرتدات في الدوريات الأوروبية - Lebanese Forces Official Website

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe İspaniya "Real Madrid"i ilə müqavilə imzalayıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə "Marca" nəşrinin müxbiri Ramon Alvares özünün tviter səhifəsində paylaşım edib.

O, 24 yaşlı hücumçunun "kral klubu" ilə sözləşməyə yanvarın 30-da imza atdığını bildirib. Mərasimdə Mbappenin vəkili, Madrid təmsilçisinin baş direktoru Xose Sançes və klubun iqtisadi məsələlər üzrə vitse-prezidenti Pedro Ximenes yer alıblar.

Alvaresin sözlərinə görə, rəsmi açıqlamanın nə zaman veriləcəyi "Real Madrid"dən asılıdır. Futbolçu bunun mövsümün sonunda olmasını istəyir.

Bildirilib ki, forvard La Liqa təmsilçisindən 60 və ya 80 milyon avro bonus alacaq, onun illik məvacibi isə 25 milyon avro olacaq.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ-də keçirdiyi 35 matçda 25 qol vurub və 14 məhsuldar ötürmə verib.



Xəbəri paylaş

1215 dəfə oxunub.

Digər xəbərlər