Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN 9 noyabr üçtərəfli bəyanatının bir illiyinə geniş hesabat hazırlayacaq
Tarix: 09-09-2021 | Saat: 19:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

 

Mariya Zaxarova: Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi“Rusiya sülhməramlılarının nəzarət etdiyi zonada hansısa əhəmiyyətli pozuntular qeydə alınmayıb. Bunu həm Bakı, həm də İrəvanda təsdiq edirlər”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz öz tərəfimizdən Qarabağda atəşkəs rejimini etibarlı təmin edən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında müntəzəm olaraq məlumat verir, Azərbaycan-Ermənistan sərhədində vəziyyətlə bağlı qiymətləndirmələrimizi bölüşür, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı işlər barədə məlumatlandırırıq. Ümumilikdə, Bakı və İrəvan arasında münasibətlərin sağlamlaşdırılmasına istiqamətlənən vasitəçilik səyləri barədə ictimaiyyətə və KİV-ə açıqlamalar verilir”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

M. Zaxarova 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qəbul olunmasının bir illiyi üçün geniş material hazırlayacaqlarını və həmin materialda üçtərəfli bəyanatın icrası ilə bağlı kompleks qiymətləndirmə aparacaqlarını da söyləyib.



Xəbəri paylaş

1293 dəfə oxunub.

Digər xəbərlər