Saytımızı qiymətləndirin


 
 

Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 35 nəfər ölüb, 134 nəfər yaralanıb
Tarix: 13-03-2022 | Saat: 15:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Перші авіаудари на Львівщині: є загиблі та постраждалі. Новости в Украине Харькове. Весь Харьков

Ukraynanın Yavorov poliqonunda (Lvov vilayəti) yerləşən Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə raket hücumu nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Lvov hərbi vilayət administrasiyasının rəhbəri Maksim Koziski bildirib.

Saat 12:00-a (Bakı vaxtı ilə saat 14:00) olan məlumata görə, mərkəzin ərazisindəki demək olar, bütün yanğınlar söndürülüb, partlayıcı maddələr üzrə ekspertlər və digər mütəxəssislər əraziyə əlavə baxış keçirir, dağıntıların böyük hissəsi təmizlənib.

"Təəssüf ki, biz daha çox qəhrəman itirdik: sülhməramlılar və təhlükəsizlik mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub. Daha 134 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib”, - Koziski qeyd edib.



Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər