"Rusiya regionun əhəmiyyətli ölkəsidir. Təbii ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır".

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda panel müzakirələrdə deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Ermənistanın yox, regionun digər ölkələrinin də xeyrinədir.

Nazir diqqətə çatdırıb ki, Gürcüstan da Zəngəzur dəhlizindən faydalana bilər.