Bu gün "Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) reysini həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında (ESB) enib.

Bu barədə Qarabaginfo.az-a "Buta Airways" dən bildirilib.

Məlumata görə, Sabiha Gökçen aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib.

Sabiha Gökçen Hava Limanı icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.