Saytımızı qiymətləndirin


 
 

Azad edilmiş ərazilərdə kütləvi məzarlıqların tapılması ilə bağlı tədbirlər davam etdirilir
Tarix: 10-03-2022 | Saat: 11:58
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ceyhun Bayramov: “100-dən çox Azərbaycan vətəndaşı Ukraynanı tərk edib” » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“4 may 2021-ci il tarixli əvvəlki məktubuma istinad edərək, Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən əldə edilmiş yeni sübutlar əsasında 4000-ə yaxın azərbaycanlı itkin şəxslərin taleyinin aydınlaşdırılması məsələsinə bir daha diqqətinizi çəkirəm. Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisə şahidlərinin ifadələri əsasında Azərbaycanın Xocavənd rayonunun Edilli kəndi və Füzuli şəhəri ərazisində yeni kütləvi məzarlıqlar tapılıb”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT sənədi kimi yayılan məktubunda əksini tapıb.

“Ehtimal ki, 1990-cı illərin əvvəllərindən itkin düşmüş altı və ya yeddi azərbaycanlıya aid olan qalıqlar eksqumasiya edilib və sonrakı tibbi müayinə və genetik analizlər üçün istintaq qrupu tərəfindən toplanıb.

Erməni əsirliyindən sağ çıxan azərbaycanlı mülki şəxslər və hərbçilər ifadələrində təsdiq ediblər ki, ləyaqəti alçaldan və digər qeyri-insani rəftara məruz qaldıqdan sonra əsirlər özbaşına və məhkəməsiz qətllərin ardınca hərbi yük maşınlarında daşınaraq, qeyd olunan ərazilərdə kütləvi məzarlıqlarda basdırılıblar.

Aidiyyəti orqanlar hadisə şahidlərinin ifadələri və digər istintaq materialları əsasında ehtimal edirlər ki, tapılan qalıqlar sözügedən ərazilərdə dəfn edilmiş şəxslərin cüzi bir hissəsini təşkil edir və buna görə də hazırda digər dəfn yerlərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azərbaycanlı hərbi və mülki əsirlərin özlərinin meyitlərin köçürülməsinə və kütləvi basdırılmasına məcbur edilməsi faktının özü Ermənistan silahlı qüvvələri və onun tabeliyində olan qüvvələr tərəfindən törədilən cinayətlərin ağırlığından və qəddarlığından xəbər verir. Onlarla hərbi əsirin və mülki girovların ölümünə səbəb olan amansız rəftar və işgəncələrlə yanaşı, cinayətkarlar ölənlərin şərəflə dəfn edilməsini, onların məzarlarına hörmətlə yanaşılmasını, lazımi qaydada saxlanılmasını və beynəlxalq hüquq normalarına uyğun olaraq işarələnməsini təmin etməməklə digər ağır hərbi cinayətlər də törədiblər, humanitar hüququ pozublar.

Artmaqda olan belə sübutlar fonunda, Ermənistan indiyədək tabeliyində olanlar tərəfindən törədilən hərbi cinayətlərin və insanlıq əleyhinə cinayətlərin araşdırılması istiqamətində heç bir addım atmadığından, günahkarlar cəzasız qalmağa davam edir. Azərbaycanın ardıcıl çağırışlarına və Ermənistan tərəfi ilə ən yüksək səviyyədə silsilə müzakirələrə baxmayaraq, itkin düşən azərbaycanlıların taleyinin aydınlaşdırılmasına kömək etmək üçün bu ölkənin dəfn yerləri, kütləvi məzarlıqlar və ya buna bənzər hər hansı məlumatların verilməsində əməkdaşlıqdan yayınmağa çalışması da eyni dərəcədə narahatlıq doğurur.

Qanunun aliliyi, ədalət, eləcə də münaqişədən sonrakı normallaşma və barışıq üçün itkin düşmüş şəxslərlə bağlı problemin həllinin böyük əhəmiyyətini nəzərə alaraq, beynəlxalq ictimaiyyətin bu məsələ ilə daha dərindən məşğul olması həyati əhəmiyyət kəsb edir. Bütün itkin düşmüş şəxslərin yerinin aydınlaşdırılması və onlara qarşı törədilmiş ağır beynəlxalq humanitar hüquq pozuntularına görə tam məsuliyyət qanlı münaqişədən sonra davamlı barışığa nail olmaq üçün vacib elementlərdir”, - məktubda qeyd olunub.



Xəbəri paylaş

263 dəfə oxunub.

Digər xəbərlər