Saytımızı qiymətləndirin


 
 

Çerniqovda Rusiya qoşunları ciddi itki verib, şəhərin istilik və işıq sistemi məhv edilib
Tarix: 10-03-2022 | Saat: 11:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukraynanın Vətən savaşı: 10-cu gün - Rusiya Suriya taktikasına keçir?

Ukraynanın Çerniqov şəhərində ötən gün axşam saatlarından bu gün səhərə qədər 2-3 istiqamətdən Rusiya silahlı qüvvələri tərəfindən artileriya və aviabomba zərbələri endirilib.

Çerniqovun müdafiəsinə cəlb olunmuş şəxsin “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, şəhərin müdafiəsi Ukrayna silahlı qüvvələri və könüllülər tərəfindən aparılır, təslim olmayıblar və işğalçı qüvvələri geri otuzdura biliblər.

Son sutkada aviabomba nəticəsində təkcə Çerniqovda 40 nəfər mülki adam həlak olub, 100 ə yaxın adam yaralanıb. Operativ məlumatlara əsasən Rusiya tərəfində 100-ə yaxın texnika sıradan çıxarılıb, 200-ə qədər itkinin olduğu bildirilir.

Çerniqovun işıq sistemi bombalanma nəticəsində sıradan çıxıb, şəhərin 2/3 hissəsinin istiliyi yoxdur.

Hazırda yerli sakinlər Ukrayna silahlı qüvvələri ilə birlikdə müdafiə barikadaları qurur, azyaşlıları belə könüllülərə yardım edir.



Xəbəri paylaş

245 dəfə oxunub.

Digər xəbərlər