Saytımızı qiymətləndirin


 
 

Bir sıra mərkəzlər Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı
Tarix: 30-12-2019 | Saat: 17:30
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Əczaçılıq və Tibb Sənayesi Birliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu,  V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu,  Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu  və M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilib.

 

Qarabaginfo "Pravda.az"a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

 

Fərmana əsasən, Bakı Şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri,  İnformatika və Statistika İdarəsi, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, psixiatrik və narkoloji xidmətlər göstərən tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində qalacaq.

 



Xəbəri paylaş

425 dəfə oxunub.

Digər xəbərlər