Saytımızı qiymətləndirin


 
 

Ötən il 6777,6 ha ərazi minadan təmizlənib
Tarix: 09-03-2022 | Saat: 13:34
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Azad edilmiş ərazilərdə nə qədər mina təmizlənib? - AÇIQLANDI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən 2021-ci ildə həyata keçirilmiş minatəmizləmə əməliyyatları nəticəsində 6777,6 hektar ərazi təmizlənib.

Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub.

Bildirilib ki, ümumilikdə 28,5 min ədəd olmaqla 10,5 min ədəd piyada əleyhinə mina, 4,8 min ədəd tank əleyhinə mina, 13,2 min ədəd partlamamış hərbi sursat aşkar olunaraq məhv edilib: "Qeyd edilən əməliyyatlar çərçivəsində təmizlənmiş ümumi ərazidən 2134,6 hektarı kənd təsərrüfatı, 1633 hektarı nəqliyyat infrastruktur sahəsi, 1374,7 hektarı yaşayış massivi, 722 hektarı enerji xətti, 913,3 hektarı digər təyinatlı ərazilər olub".

Hesabatda bildirilib ki, 2021-ci ildə həyata keçirilmiş minatəmizləmə əməliyyatları zamanı Zəngilan rayonunda 1959,7 hektar, Qubadlı rayonunda 1318,2 hektar, Cəbrayıl rayonunda 1083,8 hektar, Füzuli rayonunda 1043,6 hektar, Ağdam rayonunda 781,9 hektar, Tərtər rayonunda 370,1 hektar, Xocavənd rayonunda 127,9 hektar , Şuşa rayonunda 66,4 hektar , Xocalı rayonunda 26 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.

2021-ci il ərzində Agentlik tərəfindən ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar 59 layihənin icrasına başlanılıb, onlardan 46 layihə uğurla yekunlaşıb, 2 layihənin icrası dayandırılıb, digərlərinin icrası isə davam etdirilir.



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70