Saytımızı qiymətləndirin


 
 

Müdafizə naziri Türkiyə modelinin Azərbaycan Ordusunda tətbiqinin sürətləndirilməsini tapşırıb
Tarix: 07-03-2022 | Saat: 14:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zakir Həsənov döyüş hazırlığına göstəriş verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sahəsində tətbiqinin sürətləndirilməsini tapşırıb.

Qarabaginfo.az-ın xəbərinə görə, o, bu barədə Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə bildirib.

Qoşunlarda keçirilən təlimləri və hazırlıq kurslarını müsbət qiymətləndirən nazir bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah və texnikanın imkanlarının öyrənilməsi və Vətən müharibəsində qazanılan təcrübə ilə yanaşı, müasir döyüş aparma üsulları nəzərə alınmaqla təlimlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı aparılması ilə əlaqədar müvafiq göstərişlər verib.



Xəbəri paylaş

254 dəfə oxunub.

Digər xəbərlər