Saytımızı qiymətləndirin


 
 

Prokurorluq Qəbələdə öldürülən qadınla bağlı məlumat yayıb
Tarix: 06-03-2022 | Saat: 21:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş Prokurorluğun yeni binasına

5 mart 2022-ci il tarixdə Aytac Əliyevanın meyitinin Qəbələ rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qəbələ Rayon Prokurorluğundan Qarabaginfo.az-a verilən məlumta görə, aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər