Saytımızı qiymətləndirin


 
 

Ermənistanın yeni ombudsmanı Qarabağa qanunsuz səfər etdi
Tarix: 05-03-2022 | Saat: 17:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Ermənistanın hüquq müdafiəçisi – ombudsmanı kimi ilk iş səfərimi ölkədən kənarda Qarabağa etdim”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın ombudsmanı Kristin Qriqoryan öz Facebook səhifəsində yazıb.

O, Azərbaycan ərazisinə qanunsuz səfəri barədə bunları qeyd edib:

“Səfər zamanı mən Qarabağ “rəsmiləri” ilə görüşlər keçirdim, “sərhədyanı kəndlər”in sakinləri və “yerli özünüidarəetmə orqanları”nın nümayəndələri ilə görüşdüm, onların problemləri ilə tanış oldum, köçkünlərin müvəqqəti məskunlaşdıqları yerə baş çəkdim, onlarla söhbət etdim”.


Kristin Qriqoryan bildirib ki, görüşlər gələcək fəaliyyəti üçün üç mühüm istiqamət müəyyənləşdirib - Ermənistana köçmüş Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi, Azərbaycanın həyata keçirdiyi “ermənifobiya siyasəti” ilə bağlı faktların toplanması, səlahiyyətli beynəlxalq qurumlara təqdim edilməsi, həmçinin müxtəlif mexanizmlər vasitəsilə “Qarabağ İnsan Hüquqları Müdafiəçisi İnstitutu”nun inkişafına kömək etmək.


Erməni ombudsman deyib ki, o, Qarabağ separatçılarının rəhbəri Arayik Arutyunyanla da görüşüb, bir sıra məsələləri müzakirə edib.



Xəbəri paylaş

267 dəfə oxunub.

Digər xəbərlər