Tarix: 02-03-2022 | Saat: 22:47
Bölmə:Karusel / Siyasət | çapa göndər
Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov Ukraynada davam edən müharibənin “Minsk razılaşmaları”na əməl etməyən Ukrayna və onun tərəfdarlarının səbəb olduğunu iddia edib.
Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, BMT Baş Assambleyasının Ukrayna üzrə davam edən fövqəladə sessiyasının 3-cü günündə çıxışı zamanı deyib:
“Hazırda Ukraynada baş verənlərdə hamımızın öz payı var. Bu gün bu zalda və ondan kənarda baş verən hər şey ikili standartın daha bir bariz göstəricisidir, Birləşmiş Ştatların və onun müttəfiqlərinin Yuqoslaviya, İraq, Liviya və Əfqanıstanda yüz minlərlə qurbana səbəb olan ikili standartının təsdiqidir”.
Rusiya və Belarusa qarşı sanksiyaları “iqtisadi müharibə” kimi xarakterizə edən Rıbakov qeyd edib ki, ölkəsi heç nəyə baxmayaraq, Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçilik etməyə çalışır və sülhün tərəfdarıdır.
Digər xəbərlər