Tarix: 29-05-2021 | Saat: 08:32
Bölmə:Karusel / Siyasət | çapa göndər
Mayın 28-də Respublika Günü münasibətilə ABŞ dövlət rəsmilərinin iştirakı ilə rəsmi tədbir keçirilib, Vaşinqtonun tarixi mərkəzində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasından (USACC) Azərbaycan və ABŞ-ın dövlət bayraqları asılıb.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Qarabaginfo.az-a erilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-Azərbaycan Ticarət Palatasının idarə heyətinin sədri Rza Vəziri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, ABŞ Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Laura Kuper, Vaşinqton şəhər merinin protokol və beynəlxalq məsələlər ofisinin rəhbəri Patrisia Elvud, ABŞ Dövlət Departamentinin və Müdafiə Departamentinin nümayəndələri, ABŞ şirkətlərinin və təşkilatlarının rəsmiləri, Türkiyənin ABŞ-dakı Səfirliyinin hərbi attaşesi və hərbi attaşelik apparatının nümayəndələri, səfirliyin əməkdaşları və mətbuat nümayəndələri iştirak edib.
Tədbirin əvvəlində ilk öncə iki dövlətin bayrağının asılma mərasimi müşahidə edilib. Daha sonra, USACC-ın icraçı direktoru Natiq Baxışov qonaqları salamlayaraq, tədbiri açıq elan etmək üçün sözü USACC idarə heyətinin sədri Rza Vəziriyə verib. Rza Vəziri 28 May - Respublika Gününün Azərbaycan üçün tarixi önəmindən danışıb, tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.
Sonra səfir Elin Süleymanov 28 May - Respublika Gününün Vaşinqtonda hər il minə yaxın qonağın iştirakı ilə təntənəli şəkildə qeyd olunduğunu, ancaq koronavirus pandemiyası səbəbindən son iki ildə belə bir tədbirin təşkilinin mümkün olmadığını qeyd etdi. Vaşinqtonda Azərbaycan bayrağının ucaldılmasının əhəmiyyətindən bəhs edən səfir şəhər meri tərəfindən 28 may tarixinin Vaşinqtonda Azərbaycan Milli Günü elan edildiyini diqqətə çatdıraraq, bu səbəblə tədbirdə iştirak edən şəhər Meriyasının rəsmisinə təşəkkür edib.
E.Süleymanov müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay müddətində əldə etdiyi nailiyyətlərdən, 1991-ci ildə müstəqillikdən sonra 20-ci əsrin əvvəlində təməli qoyulmuş Respublika ənənələrinin inkişaf etdirilməsindən bəhs etdi, müstəqil Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda regionun aparıcı dövlətinə çevrildiyini xüsusi vurğulayıb.
O, Azərbaycanın müstəqilliyi dövründə ABŞ-ın ölkəmizə verdiyi dəstəyin əhəmiyyətli olduğunu, bunun hər iki ölkənin milli marağında olduğunu qeyd edib.
Səfir son 30 ildə ilk dəfədir ki, müstəqilliyin işğal altında olan torpaqlarımızın azad olunması şəraitində qeyd edildiyini, işğal faktorunun aradan qalxması ilə bölgəmizdə fundamental əməkdaşlıq, Ermənistanla xoş qonşuluq münasibətləri üçün olduqca əlverişli imkan yarandığını bildirib.
Dövlət katibinin köməkçisinin müavini Corc Kent Azərbaycan xalqını əlamətdar gün münasibətilə təbrik edib. Respublika Günü tədbirinin ötən il pandemiya başlayandan sonra onun qatıldığı ilk virtual olmayan rəsmi tədbir kimi əhəmiyyətini vurğuladı və buna görə təşəkkürünü bildirib.
Digər xəbərlər