Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları metro stansiyasında beş diversantı ifşa ediblər.

Qarabaginfo.az-ın "Korrespondent"ə istinadən verdiyi xəbərə görə, diversantlar özlərini şübhəli apardıqları üçün polis onlara yaxınlaşıb. Əşyalara hərtərəfli baxış zamanı onlardan birində içərisində döyüş sursatı gizlədilmiş oyuncaq tapıb. Onun yanında Belarus vətəndaşı olan yoldaşının da döyüş sursatı olub.

Bundan başqa, həmin metrostansiyada Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin mövqelərini messencerlər vasitəsilə düşmənə ötürən şəxs saxlanılıb.

Metroda daha iki nəfərin şübhəli davranışı ilə bağlı vətəndaşlar da polisə müraciət ediblər. Baxış zamanı onlardan döyüş sursatı, 4 ədəd maqazin, 1 ədəd “Kalaşnikov” markalı AK-74 avtomatı üçün vuruculu boltlar, 1 ədəd süngü-bıçaq və 5 ədəd narkotik maddə aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər növbəti istintaq hərəkətlərinin aparılması üçün polisə təhvil verilib.