Tarix: 02-03-2022 | Saat: 13:57
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Ukraynada yaranmış mövcud vəziyyətlə əldaqədar 27 Azərbaycan vətəndaşı bu ölkədən Macarıstana keçib”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu “Report”a açıqlamasında Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli bildirib.
O qeyd edib ki, Macarıstana keçənlər arasında Ukrayna vətəndaşı olan azərbaycanlılar da var:
“Ümumilikdə 40-45 nəfər sərhəddi keçib. Onların da artıq 6 nəfərinin İstanbul üzərindən Azərbaycana göndərilməsi təşkil edilib. Sərhəddi keçmək istəyənlərin sayı çoxdur. Gün ərzində keçmək istəyi ilə bağlı 100-dən çox zəng gəlir. Sərhəddə olanda bizimlə əlaqə saxlayırlar, onları yönləndiririk. Keçənlərin bəziləri özləri yerləşib, yerləşə bilməyənləər çalışırıq kömək edək. Ehtiyacı olanlara çalışırıq yardım edək. Bütün bu işləri səfirliklə koordinasiya edirik”.
Digər xəbərlər