Rusiyanın Ukraynaya hücumundan sonra bu gün iki tərəf arasında ikinci sülh danışıqlarının keçiriləcəyi açıqlanıb.

Qarabaginfo.az "TASS"a  istinadən xəbər verir ki, danışıqların Belarus-Polşa sərhədindəki Brest bölgəsində aparıla biləcəyi iddia edilib.

Qeyd edək ki, ilk danışıqlar fevralın 28-də Belarusun Qomel şəhərində keçirilib. Sülh danışıqlarının birinci raundunda Ukrayna prezidenti Zelenski Rusiya ilə danışıqlarda Ukraynanın arzuladığı nəticənin hələ əldə olunmadığını bildirmişdi.