"Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi əməliyyatı qəbul etməyimiz mümkün deyil".
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.
“Biz deyirik və görürük ki, bu, beynəlxalq hüquqa ziddir. Başda humanitar yardım olmaqla buradakı insanlıq dramına son qoyulması üçün əlimizdən gələni etdik və eyni şəkildə etməyə davam edirik. Biz bir tərəfdən humanitar yardım göstəririk, digər tərəfdən də diplomatik, siyasi və beynəlxalq müstəvidə dinc yol və üsulları dəstəkləyən hər cür töhfələri veririk”, - milli müdafiə naziri vurğulayıb.