Saytımızı qiymətləndirin


 
 

Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - Video
Tarix: 01-03-2022 | Saat: 10:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı

Ukraynada Azərbaycan vətəndaşı əsir götürülüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayana teleqram kanalları məlumat yayıb.

Həmin şəxsin Haqverdiyev Əziz Bədirxan oğlu olduğu bildirilir.

Baku TV saxlanılan şəxsin videoda səsləndirdiyi ünvanda olub, onun ailəsindən hadisənin təfərrüatını öyrənməyə çalışıb.

Əzizin atası Bədirxan Haqverdiyev bildirib ki, oğlu təhsillə əlaqədar Ukraynaya getmişdi: “Dövlət imtahanını verib, diplomunu alıb qayıtmalı idi. Getdi orada da ilişib qaldı. Ayın 15-nə kimi əlaqəmiz var idi. Hətta biletini də almışdım. Dedim ki, Ukraynada vəziyyət qarışacaq, vaxtında oradan çıx”.

 

Anası Ülkər Quliyeva isə oğlu ilə sonuncu dəfə ayın 21-də danışdığını bildirib:

“Pul göndərdik, zəng elədi ki, pulu aldım. Dedi, xəbər edəcəm, biletimi alın gəlim”.



Xəbəri paylaş

334 dəfə oxunub.

Digər xəbərlər
24-02-2022, 14:26 Neft 104 dolları keçdi