Tarix: 28-02-2022 | Saat: 19:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycana readmissiya olunan şəxslərin inteqrasiyası istiqamətində strateji sənədin hazırlanması təklif olunur.
Qarabaginfo.az xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Bildirilib ki, xaricdə qanunsuz yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə qayıtması (readmissiya) prosesinin beynəlxalq hüquq çərçivəsində səmərəli tənzimlənməsi, bu şəxslərin inteqrasiyası istiqamətində strateji sənədin hazırlanması vacibdir. Eyni zamanda onların təhsil, məşğulluq, yaşayış yeri, sosial yardım və digər məsələlərlə bağlı problemlərinin əlaqəli qaydada həll edilməsi, daxili və xarici miqrasiyaya məruz qalmış uşaqların ikili həssas olması səbəbindən xüsusi müdafiəyə ehtiyaclarının olması baxımından onların maraqlarının həyata keçirilməsi, dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi, bu uşaqların normal inkişafı üçün əlverişli şəraitin yaradılması, mənşə ölkələrinə və öz doğma yurdlarına qayıtdıqdan sonra reinteqrasiya prosesinin dəstəklənməsi, bu istiqamətdə dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin əlaqələndirilməsi, hüquq-müdafiə prosedurlarının yaxşılaşdırılması, sosial işçilərin bilik və bacarıqlarının artırılması məqsədəmüvafiqdir.
Digər xəbərlər