Saytımızı qiymətləndirin


 
 

Səfir: Gürcüstanın 2030-cu ildə belə Aİ-yə üzvlüyü mümkünsüz görünür
Tarix: 04-11-2025 | Saat: 19:17
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Pavel Herçenski

 

Gürcüstan nə 2030-cu ildə, nə də daha sonra Avropa İttifaqına (Aİ) üzvlüyə aparan yolda addımlamır.

Qarabaginfo.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçenski keçirdiyi brifinqdə 2030-cu ildə ölkənin ittifaqa üzv olmasının mümkünlüyü ilə bağlı suala cavabında deyib.

O bildirib ki, nə qədər ki, Gürcüstanda fundamental hüquq və azadlıqlar baxımından geriləmə var, ölkə Aİ-yə üzv olmayacaq.

Səfir Aİ-nin vəziyyəti dəyişmək üçün Gürcüstan hakimiyyəti ilə işləməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Herçenski bu gün Aİ-nin genişlənməyə dair hesabatını Gürcüstanın xarici işlər nazirinin müavini Giorgi Zurabaşviliyə təqdim edib.

Xatırladaq ki, Gürcüstan hökuməti ədalətli yanaşmanın olacağı halda ölkənin 2030-cu ildə Aİ-yə üzvlüyə daha hazırlıqlı olacağını bəyan edib.



Xəbəri paylaş

17 dəfə oxunub.

Digər xəbərlər
30-10-2020, 17:02 İzmiri su basdı