Gürcüstan nə 2030-cu ildə, nə də daha sonra Avropa İttifaqına (Aİ) üzvlüyə aparan yolda addımlamır.
Qarabaginfo.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçenski keçirdiyi brifinqdə 2030-cu ildə ölkənin ittifaqa üzv olmasının mümkünlüyü ilə bağlı suala cavabında deyib.
O bildirib ki, nə qədər ki, Gürcüstanda fundamental hüquq və azadlıqlar baxımından geriləmə var, ölkə Aİ-yə üzv olmayacaq.
Səfir Aİ-nin vəziyyəti dəyişmək üçün Gürcüstan hakimiyyəti ilə işləməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Herçenski bu gün Aİ-nin genişlənməyə dair hesabatını Gürcüstanın xarici işlər nazirinin müavini Giorgi Zurabaşviliyə təqdim edib.
Xatırladaq ki, Gürcüstan hökuməti ədalətli yanaşmanın olacağı halda ölkənin 2030-cu ildə Aİ-yə üzvlüyə daha hazırlıqlı olacağını bəyan edib.