Saytımızı qiymətləndirin


 
 

"Airbnb" 100 min ukraynalını pulsuz müvəqqəti evlə təmin edəcək
Tarix: 28-02-2022 | Saat: 18:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Airbnb" 100 min ukraynalını pulsuz müvəqqəti evlə təmin edəcək

"Airbnb" şirkəti Ukraynadan olan 100 min qaçqını qonşu Avropa ölkələrində pulsuz müvəqqəti yaşayış yeri ilə təmin edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti yazır.

Yaşayış yeri "Airbnb Inc.", həmçinin şirkətin qaçqın fondunun donorları və "ev sahiblərinin səxavəti" hesabına maliyyələşdiriləcək.

Bazar ertəsi günü "Airbnb"nin həmtəsisçisi və baş direktoru Brayan Çeski, şirkətin digər həmtəsisçisi və "Airbnb.org"un rəhbəri Co Gebbia və "Airbnb"nin baş strateqi və həmtəsisçisi Natan Bleçarçik Avropa dövlət başçılarına məktublar göndərərək qaçqınların qəbulu üçün dəstək təklif ediblər. Məktublar Polşa, Almaniya, Macarıstan və Rumıniya liderləri tərəfindən qəbul edilib. Şirkət uzunmüddətli sığınacaq təmin etmək də daxil olmaqla, hər bir ölkənin spesifik ehtiyaclarını daha yaxşı ödəmək üçün hökumətlərlə sıx əməkdaşlıq edəcək.

"Airbnb.org" sifariş və məkan koordinasiyasına cavabdeh olan yerli qeyri-kommersiya təşkilatları vasitəsilə birbaşa işləyəcək.

Qeyd edək ki, "Airbnb" bütün dünyada şəxsi qısamüddətli kirayələri siyahıya almaq və tapmaq üçün onlayn resursdur.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər