Saytımızı qiymətləndirin


 
 

XİN Azərbaycan vətəndaşlarına müraciət edib: İsrailə səfər etməkdən çəkinin
Tarix: 28-02-2026 | Saat: 13:45
Bölmə:Karusel / Siyasət | çapa göndər

XİN Azərbaycan vətəndaşlarına müraciət edib: İsrailə səfər etməkdən çəkinin

İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail Dövlətinə səfərdən çəkinməyə çağırırıq.

Bu barədə Qarabaginfo.az-a Azərbaycan XİN-dən məlumat verilib.

“Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: Əlaqə vasitələri: Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi telaviv@mission.mfa.gov.az +972 54 539 77 88”, - müraciətdə deyilir.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər