Saytımızı qiymətləndirin


 
 

“Rusiyanın qarşısı alınmasa, Orta Asiya və Cənubi Qafqaza girəcək“ - İranlı deputat
Tarix: 28-02-2022 | Saat: 10:41
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiyanın qarşısı alınmasa, Orta Asiya və Cənubi Qafqaza girəcək“ - İranlı deputat

“Əgər indi Rusiya təmkinli olmasa və daxili gündəliyi ilə məşğul olmasa, bu davranışlar pislənilməsə, Yer kürəsinin III Dünya müharibəsinə və tammiqyaslı nüvə müharibəsinə doğru gedəcəyinə şübhə etməyin. Çünki Rusiya istəyinə nail olsa, İsveç, Finlandiya və Norveç kimi başqa ölkələrə, yaxud Orta Asiyaya və Cənubi Qafqaza girəcək. Bu hətta bizim üçün də təhlükəlidir".

Qarabaginfo.az "Əsr-e İran"a istinadla xəbər verir ki, bunu İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının üzvü Cəlil Rəhimi Cahanabadi deyib.

O qeyd edib: “Şübhə yoxdur ki, NATO-nun şərqə doğru genişlənməsi bu illər ərzində Rusiya üçün ciddi təhlükə yaradıb. Rusiyanın periferik təhdidləri izləmək, onları nəzarətdə saxlamaq və təhdidlərə reaksiya vermək hüququ var, lakin beynəlxalq hüquq problemlərin həlli üçün beynəlxalq münasibətlərdə gücdən istifadə etməyə icazə vermir".

Rəhimi Cahanabadi vurğulayıb: "Bu o deməkdir ki, istər BMT Nizamnaməsinə, istərsə də beynəlxalq çoxtərəfli müqavilələrə əsasən, bir ölkə digər dövlətlə problemi olduğunu hiss edərsə, bu, həmin ölkəyə qarşı qabaqlayıcı hərbi əməliyyatlar keçirməyə, onu işğal etməyə, qanuni hökumətini devirməyə və dinc əhaliyə hücum etməyə haqq vermir".

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü bəyan edib: “Rusiyanın bu hərəkəti açıq şəkildə beynəlxalq hüququn, BMT Nizamnaməsi müddəalarının açıq şəkildə pozulması və Ukraynanın suverenliyinin pozulmasıdır. Məncə, bu əməli pisləməyən hər bir ölkə beynəlxalq təhlükəsizliyə və sülhə zidd bir hərəkəti təbliğ etmiş olur".

İranlı milət vəkili qeyd edib: “Bir çox ölkələr hərbi güc baxımından qonşularından güclüdür. Qüdrətl baxımından gücümüz qonşu ölkələrin əksəriyyətinə çatır və amma problemlərimizi hərbi güclə həll etmək istəsək, nə qanun, nə məntiq, nə rasionallıq prinsipləri buna imkan verir". 

Rəhimi Cahanabadi əlavə edib: “Rusiyanın özünü çar və sovet dövrləri üslubunda sərgiləmək istəyi beynəlxalq təhlükəsizliyə, beynəlxalq nizama və sabitliyə zərərdən başqa bir şey verə bilməz, lakin NATO-nun şərqə doğru genişlənməsi, Qərbin Rusiyaya məhəl qoymaması və Ukraynanın Qərbə meyllənməsi də, fikrimizcə, düzgün deyil".

Siyasətçinin sözlərinə görə, hazırda İran müharibədə birbaşa iştirak etməyən bir ölkə olaraq davakar çağırışlara cəlb edilməkdə maraqlı deyil və düzgün mövqe tutmalıdır. "Bu hadisələr fonunda Rusiyanın açıq şəkildə beynəlxalq hüquqi pozması vurğulanmalıdır. Yəni Rusiyanın Ukrayna ilə problemini həll etmək üçün hər iki tərəfi danışıqlara və diplomatik danışıqlara çağırmalıyıq ”.

Rəhimi Cahanabadi vurğulayıb: “Qərb, NATO və digər ölkələr bu hadisələrə və Rusiyanın davranışına biganə qalıb sussalar, növbəti qurban Avropa ölkələrindən biri olacaq, çünki Rusiya öz sərhədlərini Mərkəzi Asiyaya köçürmək və hərbi gücə arxalanaraq Cənubi Qafqaz regionunda qüdrətini artırmaq istəyir. Rusiyanın bu hərəkəti son dərəcə təhlükəlidir, beynəlxalq sülhə təhdid mesajıdır. Rusiyaya hər cür səssiz dəstək, bu ölkə ilə əməkdaşlıq və bu hərəkət qarşısında susma qlobal təhlükəsizliyi təhdid edir.

Deputat izah edib: "Əgər indi Rusiya hökuməti təmkinli olmasa və daxili gündəliyi ilə məşğul olmasa, bu davranışlar pislənilməsə, şübhə etməyin ki, bu, III Dünya müharibəsinə və tammiqyaslı nüvə müharibəsinə doğru gedir. Çünki Rusiya buna nail olarsa, İsveç, Finlandiya və Norveç kimi digər ölkələrə, yaxud Orta Asiyaya və Cənubi Qafqaz regionuna girəcək və bu, hətta bizim üçün təhlükəlidir”.

 



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər