Saytımızı qiymətləndirin


 
 

Rus ordusu Ukraynada neft anbarını vurub
Tarix: 27-02-2022 | Saat: 10:21
Bölmə:Karusel / Region | çapa göndər

Kiyev vilayətinin Vasilkov şəhərində yerləşən neft anbarı Rusiya ordusu tərəfindən vurulub.

Qarabaginfo.az “UNİAN”a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Natalya Balasinoviç məlumat verib.

Onun sözlərinə görə, yanğın hazırda davam edir.

“Yanğından çıxan tüstü və zərərli maddələr istənilən istiqamətə gedə bilər, ona görə də vətəndaşlardan pəncərələri bağlamağa çağırırıq”, - Ukraynanın Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidməti bildirib.



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər