Tarix: 26-02-2022 | Saat: 06:51
Bölmə:Karusel / Region | çapa göndər
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Kiyev danışıqlardan imtina edərək məsələni şənbə gününə qədər təxirə salmağı təklif edib. Bu barədə “İnterfaks” yazır.
“Ukrayna tərəfi danışıqlardan imtina edib. Kiyev rejiminin nümayəndələri bu məsələnin sabaha qədər təxirə salınmasını təklif ediblər”.
Kiyevdə bu bəyanata hələlik münasibət bildirilməyib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Zelenski Moskvanı danışıqlar masasına oturmağa çağırıb. Zelenskinin ofisi isə Kiyevin danışıqlara hazır olduğunu, lakin təhlükəsizlik zəmanəti istədiyini açıqlayıb. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin bu bəyanata diqqət yetirdiyini bildirib. Onun sözlərindən sonra Rusiya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və prezident administrasiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti formalaşdırıb və Minsk danışıqları təşkil etməyə hazır olduğunu bildirib.
Lakin Peskov iddia edib ki, “qısa fasilədən sonra ukraynalılar Minsklə ideyanı yenidən nəzərdən keçirdiklərini və indi Varşavaya getmək istədiklərini bəyan ediblər və bundan sonra əlaqəni tamamilə kəsərək fasilə elan ediblər”.(virtualaz.org)
Digər xəbərlər