Saytımızı qiymətləndirin


 
 

Ukraynanın bir neçə şəhərində şiddətli döyüşlər gedir
Tarix: 25-02-2022 | Saat: 21:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukraynanın bir neçə şəhərində şiddətli döyüşlər gedir

Ukrayna və Rusiya Silahlı Qüvvələri arasında Xarkov istiqamətində, Sumı vilayətində və ölkənin cənubunda ağır döyüşlər gedir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.

Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak bildirib ki, bu gün günortadan sonra Rusiyanın mindən çox hərbçisinin həlak olması ilə bağlı məlumat daxil olub.

"Bu, artıq böyük rəqəmdir. Və əgər bütün ölkə ərazisində hərbi əməliyyatlar belə sürətlə davam edərsə, o zaman Rusiya Federasiyasından itkilər daha da artacaq", - Podolyak deyib.

Bununla yanaşı, Kiyev vilayətinin Buçe və Qostomel şəhərlərində şiddətli döyüşlər gedir.

Buçedə Rusiyanın diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib.

Qostomeldə qarşı tərəfin əraziyə əlavə qüvvələr cəlb etməsinə baxmayaraq, Ukrayna ordusu müqaviməti davam etdirir. Şəhər aerodromunun arxasında Rusiya hərbi qüvvələrinin zərəsizləşdirildiyi barədə məlumatlar yayılıb.



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər