Saytımızı qiymətləndirin


 
 

“Həbsxana Nikolun yeridir” şüarı ilə Ermənistanda etiraz aksiyası keçirilir - VİDEO
Tarix: 19-07-2022 | Saat: 14:02
Bölmə:Karusel / Region | çapa göndər

“Həbsxana Nikolun yeridir” şüarı ilə Ermənistanda etiraz aksiyası keçirilir – VİDEO
Ermənistanda yenə etiraz aksiyası keçirilir.

Qarabaginfo.az xəbər verir ki, bu gün səhər saatlarında BMT-nin Ermənistandakı ofisinin binası yaxınlığında həbs edilmiş məhbusların müdafiəsi üçün etiraz aksiyası baş tutub. Aksiya iştirakçıları binanın qarşısında plakatlar qoyublar.

Bundan sonra onlar Ermənistan hökumətinin binasına gediblər. Onların əllərindəki plakatlarda “Siyasi baxışlar hökm deyil”, “Siyasi məhbuslara azadlıq”, “Həbsxana Nikolun yeridir”, “Xain Nikol üçün həbsxana” sözləri yazılıb.

Etiraz aksiyasına görə Ermənistan Nazirlər Kabinetinin binasının yaxınlığında çoxlu sayda polis var.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər