Saytımızı qiymətləndirin


 
 

Komissiya: "I Qarabağ müharibəsində əsir-girovlara qarşı törədilmiş cinayətlər Ermənistanın üzərində qalır"
Tarix: 25-02-2022 | Saat: 18:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Komissiya: I Qarabağ müharibəsində əsir-girovlara qarşı törədilmiş cinayətlər Ermənistanın üzərində qalır

I Qarabağ müharibəsində əsir-girovlara qarşı törədilmiş cinayətlər Ermənistanın üzərində qalır.

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan edir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində Ermənistan hərbçiləri və silahlı-separatçı birləşmələri tərəfindən törədilmiş müharibə cinayətlərinin, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarının, həmçinin kütləvi məzar yerləri barədə məlumatların təqdim edilməməsinin məsuliyyəti Ermənistan Respublikasının üzərində qalır.

İnsanlıq və bəşəriyyət əleyhinə törədilən bu cinayət əməlləri ilə yerində tanış olmaq və beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə cari ilin 24 və 25 fevral tarixlərində xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri Xocavənd rayonunun Edilli kəndinə və Füzuli şəhərinə dəvət edilib, aşkar olunan faktlar barədə onlara ətraflı məlumat verilib", - məlumatda qeyd edilib. (report.az)



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər