Saytımızı qiymətləndirin


 
 

Rusiya ordusu uşaq bağçasını atəşə tutdu, XİN cavab verdi
Tarix: 25-02-2022 | Saat: 17:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya ordusu uşaq bağçasını atəşə tutdu, XİN cavab verdi

Rusiyalı hərbçilər Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində yaşayış infrastrukturlarını reaktiv sistemlərdən atəşə tutub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Pravda” yayıb.

Bildirilir ki, yaşayış massivi, bombadan qorunmaq üçün sığınacaq və uşaq bağcası atəşə məruz qalıb. Yaralıların sayı və ölənlərin olub-olmaması barədə dəqiq məlumat olmasa da, hadisə nəticəsində uşaqların ağır yaralandığı qeyd olunub.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün rəsmi tviter hesabında hadisə ilə bağlı paylaşım edib: “Bu gün rusiyalıların uşaq bağçasına və uşaq evinə hücumları müharibə cinayətləri və Roma Əsasnaməsinin pozulmasıdır. Baş Prokurorluqla birlikdə biz bu və digər faktları toplayırıq və onları dərhal Haaqaya göndərəcəyik. Məsuliyyət qaçılmazdır”.



Xəbəri paylaş

255 dəfə oxunub.

Digər xəbərlər