Saytımızı qiymətləndirin


 
 

“Krokus”da insanları xilas edən məktəblilər Dumaya dəvət olunacaqlar- VİDEO
Tarix: 25-03-2024 | Saat: 12:18
Bölmə:Karusel / Region | çapa göndər

Moskva yaxınlığındakı “Krokus Siti Holl”da baş vermiş terror aktı zamanı insanların təxliyəsinə kömək edən yeniyetmələr İslam Xəlilov, Artyom Donskov, Nikita İvanov və Sofiya Mayer Rusiya  Dumasına dəvət olunacaqlar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dumanın ailənin mühafizəsi komitəsinin rəhbəri Nina Ostanina bildirib.

“Dostlar! “Krokus”da martın 22-də faciəvi gündə özünü itirməyən, cəsarətli hərəkətlər edən o uşaqların adlarını getdikcə daha çox öyrənirəm. Biz mütləq bütün bu cəsur oğlan və qızları valideynləri ilə birlikdə yaxın vaxtlarda Dumanın ailənin müdafiəsi məsələləri üzrə komitəsinə dəvət edəcəyik”, – Ostanina deyib.

O, terror aktı zamanı göstərdikləri şücaət və mərdliyə görə məktəblilərə təşəkkürünü bildirib.



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər