Saytımızı qiymətləndirin


 
 

Zelenskinin ad günüdür - 45 yaşı olur
Tarix: 25-01-2023 | Saat: 10:54
Bölmə:Karusel | çapa göndər

Zelenskinin ad günüdür - 45 yaşı olur

 

Bu gün Ukrayna prezidenti Volodimir Zelenskinin doğum günüdür.

 

Qarabaginfo.az xəbər verir ki, onun 45 yaşı tamam olur.

 

Siyasətçi 25 yanvar 1978-ci ildə Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub.

 

Atası Oleksandr Semenoviç Zelenski elm sahəsində fəaliyyət göstərib. O, texniki elmlər doktoru, professor dərəcəsinə malik olub. Ukrayna prezidenti 4 il anası ilə birlikdə Monqolustanın Edernet şəhərində yaşayıb, daha sonra vətəninə geri dönüb.

 

 

2008-ci ildə ilk tanışlıqlarından 8 il sonra Yelena Zelenskaya ilə ailə həyatı qurub. Hazırda onların 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var.

 

 

Əvvəllər incəsənət sahəsində çalışan Zelenski "Xalqın xidmətçisi" teleserialı ilə məşhurlaşıb. O, 2018-ci ildə eyniadlı partiyanın qurucularından biri və lideri olub. 

 

V.Zelenski 2019-cu ildə Ukraynanın prezidenti seçilib.



Xəbəri paylaş

109 dəfə oxunub.

Digər xəbərlər