Saytımızı qiymətləndirin


 
 

Evsiz jurnalistlər təşkilatlandı: EJB yaradıldı, prezidentə müraciət olunacaq
Tarix: 30-10-2019 | Saat: 18:16
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Evsiz jurnalistlər təşkilatlandı:



Azərbaycanda media sahəsində yeni ictimai birlik fəaliyyətə başlayıb. “Evsiz Jurnalistlər Birliyi” (EJB) adı ilə təsis edilən qurum Bakı şəhərində evi olmayan jurnalistlərin birləşdiyi təşkilatdır.



Birliyin rəhbəri, jurnalist Könül Cəfərlinin AFN-ə verdiyi məlumata görə, hazırda 19 nəfər sıralarına qoşulub: "Məlum olduğu kimi, jurnalistlər üçün artıq iki yaşayış binası istifadəyə verilib. Lakin hələ də bir sıra jurnalistlərin ev problemi həll olunmadan qalmaqdadır. Bunun isə müəyyən səbəbləri var.
Əvvəla, mənzillərin əksəriyyəti redaksiyalar arasında bölünür. Odur ki, fərdi qaydada müraciət edən az sayda jurnalist evlə təmin oluna bilir. Əksər redaksiyalarda mənzil bölgüsü ev probleminin həllindən daha çox mükafatlandırma mahiyyəti daşıyır. Formal olaraq, səsvermə keçirilsə də, əsasən baş redaktorun və onun seçdiyi əməkdaşların namizədliyi irəli sürülür. Siyahıya daha çox evsizlər deyil, uzun müddət eyni redaksiyada çalışmış və evi olan işçilərin adları daxil edilir.
EJB olaraq təklif edirik ki, redaksiyaların üzərindən siyahı öhdəliyi götürülsün, redaksiya əməkdaşlarına verilən üstünlük aradan qaldırılsın. Bu, jurnalistlər arasında ciddi ayrı-seçkilikdir. Ev iddiası olan hər kəs fərdi qaydada sənəd versin və müraciətləri bərabərhüquqla da qəbul olunsun. Yalnız bu halda daha ədalətli nəticə əldə etmək olar.
Digər problem əmək müqaviləsi ilə bağlıdır. Əmək müqaviləsi olmayan, lakin mediada uzun müddət çalışan və evə ehtiyacı olan çox sayda jurnalist kənarda qalır. Halbuki hələ də jurnalistlərin binasında qapısı bağlı qalan mənzillər var.
Həmçinin müstəqil fəaliyyət göstərən media nümayəndələrinin də mövcud şərtlərlə ev almaq şansları çox azdır.
EJB-nin yaranma məqsədi bu sadalanan səbəblərə və problemlərə görə ev ala bilməyən jurnalistlərin haqlarını müdafiə etmək, ədalətli mənzil bölgüsünə nail olmaqdır. Kimlərinsə istəyi və qərarı ilə deyil, öz iradəmizlə öz siyahımızı tutacaq və Prezident Administrasiyasına təqdim edəcəyik. Ümid edirik ki, cənab prezident EJB üzvlərinin (uzun illər mediada xidmət edən, evi olmayan və bu səbəbdən ciddi sosial sıxıntı yaşayan jurnalistlərin) də mənzil probleminin həllinə kömək edəcək.
Onu da qeyd edək ki, müstəqil fəaliyyət göstərən, media qurumlarında əmək müqaviləsi olmadan çalışan, adı redaksiya siyahısına daxil edilməyəcək digər evsiz həmkarlarımız da bizə qoşula bilər".

EJB-yə qoşulmaq üçün bu ünvana yaza bilərsiniz: [email protected]



Xəbəri paylaş

586 dəfə oxunub.

Digər xəbərlər