Ana Sayfa > Karusel > Zelenskinin ad günüdür - 45 yaşı olur
Zelenskinin ad günüdür - 45 yaşı olur25-01-2023, 10:54. Yazar: Admin |
Bu gün Ukrayna prezidenti Volodimir Zelenskinin doğum günüdür.
Qarabaginfo.az xəbər verir ki, onun 45 yaşı tamam olur.
Siyasətçi 25 yanvar 1978-ci ildə Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub.
Atası Oleksandr Semenoviç Zelenski elm sahəsində fəaliyyət göstərib. O, texniki elmlər doktoru, professor dərəcəsinə malik olub. Ukrayna prezidenti 4 il anası ilə birlikdə Monqolustanın Edernet şəhərində yaşayıb, daha sonra vətəninə geri dönüb.
2008-ci ildə ilk tanışlıqlarından 8 il sonra Yelena Zelenskaya ilə ailə həyatı qurub. Hazırda onların 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var.
Əvvəllər incəsənət sahəsində çalışan Zelenski "Xalqın xidmətçisi" teleserialı ilə məşhurlaşıb. O, 2018-ci ildə eyniadlı partiyanın qurucularından biri və lideri olub.
V.Zelenski 2019-cu ildə Ukraynanın prezidenti seçilib. Geri dön |